Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanır
    • 26-12-2022, 19:33
    • 333

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanır

Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı irəli sürdüyü Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanılıb.

News24.az-ın məlumatına görə, bunu Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Züfiqar söyləyib.

Qayıdış Konsepsiyanın hazırlanması istiqamətində iş aparıldığını söyləyən mətbuat katibi deyib: “İcma olaraq bu Konsepsiyanı vaxtında yekunlaşırmağa çalışacağıq. Konsepsiya hazır olandan sonra Qərbi Azərbaycan İcması fəaliyyətini bu sənədə əsasən davam etdirəcək”.