Zaqatalada ov tüfəngindən ehtiyatsız davranan kişi ölüb
    • 26-12-2022, 22:46
    • 244

Zaqatalada ov tüfəngindən ehtiyatsız davranan kişi ölüb

Zaqatalada meşədən kişi meyiti tapılıb.

News24.az xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, meşəlik ərazidə kənd sakini 1994-cü il təvəllüdlü Cavidan Muradovun ov tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırma zamanı C. Muradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində silahdan açılan atəşdən öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.