Ehtiyatsızlıqdan özünü güllələdi - Barmağı amputasiya edildi
    • 12-09-2022, 12:55
    • 377

Ehtiyatsızlıqdan özünü güllələdi - Barmağı amputasiya edildi

Qəbələ Rayon Polis Şöbəsinə rayon sakini Veysəl Rüstəmovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması və iki ayaq barmağının amputasiya edilməsi ilə bağlı məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə həmin şəxsin odlu silahla ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib və ondan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.