Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.
News24.az xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, soyuq yer səthi üzərində nisbətən isti hava kütlələrinin üfüqi istiqamətdə hərəkət etməsi isti havanın tərkibində olan su buxarının soyuq səthə toxunaraq kondensasiya olunmasına səbəb olur. Bu da yerüstü təbəqədə dumanın əmələ gəlməsinə şərait yaradır.
“Dumanlı hava şəraiti ilə əlaqədar Naxçıvan, Şərur, Naftalan, Şəmkir, Ağdam, Tovuz, Qəbələ, Şəki, Balakən, Şamaxı, Qobustan, Qusar, Xaltan, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Hacıqabul, Biləsuvar, Cəfərxan, Lənkəran və Lerikdə görünüş məsafəsi 300-800 metr, Gəncədə isə 50 metrədək məhdudlaşıb”.
Gülşad Məmmədovanın sözlərinə görə, dumanlı hava şəraitinin bəzi rayonlarda həftə sonunadək fasilələrlə davam edəcəyi gözlənilir.
-
- 27-12-2022, 10:40
- 280
Dumanlı hava bu tarixədək davam edəcək
- Xəbəri Paylaş:
Oxşar xəbərlər
-
3-03-2022, 11:31
Dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək
-
11-04-2022, 10:56
Dumanlı hava nə vaxtadək davam edəcək?
-
24-02-2022, 10:26
Dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək
-
17-12-2022, 12:56
Dumanlı hava nə vaxtadək davam edəcək?
-
25-02-2022, 22:50
Dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək