ABŞ Putini fiziki cəhətdən məhv etməklə hədələyib - Lavrov
    • 27-12-2022, 11:46
    • 219

ABŞ Putini fiziki cəhətdən məhv etməklə hədələyib - Lavrov

"Ən çox Vaşinqton həddini aşıb. Orada Pentaqonun bəzi adı açıqlanmayan rəsmiləri əslində Kremlə "baş kəsmə zərbəsi" vurmaqla hədələdilər. Əslində söhbət Rusiya dövlət başçısının fiziki olaraq məhv edilməsi təhlükəsindən gedir".

News24.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

Lavrov qeyd edib ki, bu baş verərsə, o zaman həmin insanlar belə bir planın potensial nəticələri haqqında çox ciddi düşünməlidirlər.

Qeyd edək ki, Ağ Evin və ya Pentaqonun anonim olmayan heç bir nümayəndəsi indiyədək belə təhdid səsləndirməyib. /TASS/

Teymur Məmmədov