Ermənilər Xankəndidə etiraz aksiyası keçirir
    • 27-12-2022, 12:03
    • 288

Ermənilər Xankəndidə etiraz aksiyası keçirir

Laçın dəhlizinin bağlandığını və bunun rayonda aclığa səbəb olduğunu iddia edən ermənilər Dağlıq Qarabağın Xankəndi şəhərində küçələrə axışıblar.

News24.az “AFP”ə istinadla xəbər verir ki, minlərlə insanın toplaşdığı nümayişlərdə Ermənistan bayrağı qaldırılıb.

Qeyd edək ki, Azərbaycan İrəvanın iddialarını rədd edir. Azərbaycan hakimiyyəti dekabrın 12-də azərbaycanlıların təşkil etdiyi aksiyalarda heç bir blokadanın olmadığını, mülki avtomobillərin Laçın yolundan sərbəst keçə bildiyini deyib.

Qumral Əliyeva