Şad xəbər: Bu gölün ətrafında nəhəng bulvar salınır - VİDEO
    • 28-12-2022, 14:44
    • 483

Şad xəbər: Bu gölün ətrafında nəhəng bulvar salınır - VİDEO

Bakı şəhəri Suraxanı rayonu ərazisində nəhəng parkın salınması işlərinə başlanılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Bülbülə gölünün ətrafında artıq abadlıq işləri görülməkdədir. Sifarişçinin Bakı Abadlıq Xidməti olduğu bildirilib.

Hazırda işlər geniş miqyasda aparılmaqdadır.

Qeyd edək ki, Bakının Yeni Baş planının layihəsində Bülbülə gölünün ətrafında yaşıl istirahət zonasının salınması da nəzərdə tutulub.

Taleh BAĞIROV