"Yunanıstanın S-300-ləri başqa ölkəyə verməyə haqqı yoxdur" - Lavrov
    • 29-12-2022, 10:15
    • 220

"Yunanıstanın S-300-ləri başqa ölkəyə verməyə haqqı yoxdur" - Lavrov

“Yunanıstanın Rusiyanın razılığı olmadan S-300-ləri başqa ölkəyə verməyə haqqı yoxdur”.

News24.az xəbər verir ki, bu bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov dövlət televiziyası Pervy kanalında gündəmdəki məsələləri dəyərləndirərkən deyib.

O, sözlərinə belə davam edib: “Müqaviləyə əsasən, Yunanıstanın bizim icazəmiz olmadan bu sistemləri heç kimə ötürmək hüququ yoxdur. Biz bunu yunanlara xatırlatdıq. Bizə öhdəliklərinə diqqətli olduqlarını söylədilər”. /Anadolu Ajans/