"Futbol kralı"  öldü
    • 29-12-2022, 23:11
    • 379

"Futbol kralı" öldü

Braziliyalı üçqat dünya çempionu Pele vəfat etdi.

News24.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 82 yaşlı əfsanə futbolçu  ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Pele Beynəlxalq Futbol Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı futbolçusu elan edilib.

Hücumçu Braziliyanın "Santos" (1956-1974-cü illər) və Amerikanın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.