Rusiya və Ukrayna arasında "əsir it" mübadiləsi
    • 2-01-2023, 12:43
    • 251

Rusiya və Ukrayna arasında "əsir it" mübadiləsi

Ukrayna savaşında  rus əsgərləri tərəfindən əsir götürülən və Çeçenistan lideri Ramazan Kadırova hədiyyə edilən Adik adlı it iki ölkə arasında son əsir mübadiləsində geri verilib.

News24.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Pitbull cinsli it Rusiya ordusunun iyun ayında Mariupol şəhərindəki Azovstal metal zavoduna hücumu zamanı ələ keçirilib. İtin bu savaşda Rusiyaya böyük dəstək verən Kadırova “müharibə qəniməti” kimi verildiyi üzə çıxıb. 

Bildirilib ki, Çeçenistan lideri itin adını dəyişərək “Adidas” qoyub.

Rusiya və Ukrayna arasında Yeni il bayramı ilə bağlı əsir mübadiləsindən sonra Adik Ukraynaya qayıdıb. 82 rus əsgərinin müqabilində 140-a yaxın ukraynalı ilə itin azad edilməsi Ukraynada sevinc yaradıb.

Bildirilib ki, it keçmiş sahibinə - ukraynalı qadına qaytarılıb. Adikin məhbus mübadiləsində sərbəst buraxıldıqdan sonra avtobusla ölkəsinə döndüyünü əks etdirən görüntülər sosial mediada rəğbətlə qarşılanıb.