Gömrükdə dəhşət: Qutudan kəsilmiş uşaq başı çıxdı
    • 2-01-2023, 13:16
    • 12 644

Gömrükdə dəhşət: Qutudan kəsilmiş uşaq başı çıxdı

Argentinadan ABŞ-a göndərilən qutudan çıxan “hədiyyə” hər kəsi dəhşətə gətirib.

News24.az-ın xarici mətbuata istinadla verdiyi məlumata görə, gömrükdə yoxlama zamanı  ABŞ-da bir qadına göndərilən qutudan uşaq başı tapılıb.
Qutu şübhəli bilinərək polis əməkdaşları tərəfindən açılıb və dəhşətli “hədiyyə” üzə çıxıb. Qutuda uşaq başı ilə yanaşı “hörümçək adam” maskası da olub.
Qutunun saxta sənədlə göndərildiyi bəlli olub. Qorxunc qutu realiti şoularda iştirak etmiş məşhur bir qadının ünvanına göndərilib.
Argentinanın səlahiyyətli orqanları qutudakı uşaq başının kimə aid olduğunu, onu göndərənin, eləcə də üvnanlanan qadının öncədən bundan xəbərdar olub-olmadığını araşdırır.