Yanacaqdaşıyan avtomobilin partlaması ilə bağlı YENİ AÇIQLAMA
    • 3-01-2023, 14:21
    • 250

Yanacaqdaşıyan avtomobilin partlaması ilə bağlı YENİ AÇIQLAMA

Məlumat verildiyi kimi, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-dən News24.az-a verilən xəbərə görə, həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə nəticəsində, ilkin məlumata əsasən, bir nəfər həlak olub. Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əlavə məlumat veriləcək.