4 nəfərin öldüyü hadisənin bəzi detalları bilindi: Ərazini üfunət qoxusu bürüyüb - FOTOLAR
    • 5-01-2023, 13:17
    • 195

4 nəfərin öldüyü hadisənin bəzi detalları bilindi: Ərazini üfunət qoxusu bürüyüb - FOTOLAR

Bakıda mənzildə meyitləri tapılan şəxslərin ailə olmadığı məlum olub.

News24.az xəbər verir ki, dünyasını dəyişən həmin şəxslər 20-30 yaş arası olan 4 kişidir.Qeyd edək ki, hadisə bu gün paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında qeydə alınıb.
 
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.
 
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.İlkin versiyaya görə, onlar dəm qazından və ya qidadan zəhərlənib./ölkə.az/