Gəncədə qadın dəm qazından boğularaq ölüb
    • 12-12-2022, 19:50
    • 277

Gəncədə qadın dəm qazından boğularaq ölüb

Gəncədə dəm qazından boğulma faktı qeydə alınıb.

Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. 1984-cü il təvəllüdlü Rüstəmova Ramilə Əflatun qızı yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.