Bakıda 4 nəfərin ölümü ilə bağlı prokurorluqda araşdırma başlayıb
    • 5-01-2023, 21:31
    • 165

Bakıda 4 nəfərin ölümü ilə bağlı prokurorluqda araşdırma başlayıb

Paytaxtın Nərimanov rayonu ərazisində 4 nəfərin ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a bildirilib.

Qeyd edək ki, bu gün paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında yerləşən mənzillərdən birində bir ailənin 4 üzvünün meyiti tapılıb.