-
- 6-01-2023, 09:30
- 292
BMW 14 mindən çox avtomobili geri çağırır
BMW şirkəti elektrikli avtomobil sahibləri üçün yeni geri çağırış xəbərdarlığı edib.
News24.az xəbər verir ki, xəbərdarlıq yaranan yeni problemlə bağlıdır və 14 mindən çox avtomobili əhatə edir.
Bildirilib ki, 2022-ci ildə istehsal olunan "iX xDrive40", "iX xDrive50", "iX M60", "i4 eDrive35", "i4 eDrive40" və "i4 M50"-nin batareya yığımında kritik xəta aşkar edilib. Motorun kəsilməsinə səbəb olan bu nasazlıq həm də enerji təchizatının düzgün işləməsinə mane olur.
BMW avtomobil dilerlərinə proqramı yeni versiyaya yeniləməyi tapşırdığını açıqlayıb. Avtomobil sahibləri geri çağırma bildirişini aldıqdan sonra problemi həll edə biləcəklər. /Haberler.com/
Teymur MƏMMƏDOV