-
- 19-01-2019, 15:45
- 1 089
Lənkəranda 20 Yanvar faciəsinin il dönümü qeyd olunub
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən iyirmi doqquz il ötür.
Qanlı faciədən uzun illər keçməsinə baxmayaraq xalqımız o müdhiş gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə öz dərin nifrətini bildirir.
20 Yanvar faciəsinin ildönümü Lənkəranda şəhidlərin ruhuna böyük ehtiramla qeyd olunub. Bu münasibətlə yanvarın 19-da səhər saatlarından minlərlə rayon sakini şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanına gələrək 20 Yanvar qurbanlarının xatirəsini yad edib.
Mərasim zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri Şəhidlər Xatirə Kompleksinin önünə gül-çiçək dəstələri düzüblər.
Yanvarın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilib.
Görüşdən öncə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra İcra başçısı Taleh Qaraşov görüşü açaraq 20 Yanvar hadisələrinin milli azadlıq hərakatının mühüm tərkib hissəsi olduğunu bildirərək bu hadisələr zamanı şəhid olmuş insanların şücaətindən danışıb. Görüşdə çıxış edən 20 Yanvar şəhidi ailələrinin üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Tədbirdə 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə maddi yardımlar edilib.
Qeyd edək ki, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı milli azadlıq uğrunda mübarizədə 11 nəfər lənkəranlı şəhid olub. Onlardan 5 nəfəri Bakıda, 5 nəfəri Lənkəran rayonunun Haftoni qəsəbəsində sovet ordusunun cəza dəstəsi ilə qeyri-bərabər döyüşdə qətlə yetirilib, 1 nəfəri isə rus hərbçiləri tərəfindən vertolyotda boynuna məftil bağlamaqla amansızcasına boğularaq öldürülüb.
//Report