Bu gün səhv etməməlisiniz - ULDUZ FALI
    • 6-01-2023, 10:06
    • 617

Bu gün səhv etməməlisiniz - ULDUZ FALI

Astroloqlar 6 yanvarda bürcləri nələrin gözlədiyini açıqlayıblar. 

News24.az astroloji proqnozu təqdim edir:

Qoç
Bütün gücünüzü bir yerə toplayıb işə başlamaq lazımdır. Bu gün səhv etməməlisiniz. Əks halda onlar sizin karyeranıza baha başa gələ bilər.

Buğa

Aktiv və məqsədyönlü olun. Yalnız bu şəkildə işdə və şəxsi həyatınızda istədiyiniz nəticəni əldə edə biləcəksiniz.

Əkizlər
Rəhbərliyinizlə ciddi söhbətiniz ola bilər. Hər sözünüzə və davranışınıza diqqət yetirin. Başqalarını incitməyin!

Xərçəng
İstənilən işlə məşğul ola bilərsiniz. Hətta çox yaxşı olmadığınız işlərlə belə. Dostlar və nüfuzlu insanlar köməyinizə gələcək. Uğur qazanacaqsınız. 

Şir
Gün maliyyə baxımından əlverişli olacaq. Əlavə gəlir əldə edib tətilə yollana bilərsiniz. Kiçik səyahət sizə faydalı olacaq.

Qız
Sizi xoş və gözlənilməz sürprizlər gözləyir. Üzünüzdə gülməsinı və ürəyinizin sevinməsinə hazır olun.

Tərəzi
Bu gün şəxsi həyatınızla bağlı bütün problemlərinizi həll edə bilərsiniz. Ulduzlar sizə həssaslıq bəxş edəcək. Bu da tərəfdaşınıza daha diqqətli olmağa imkan verəcək.

Əqrəb
Həyat potensialınız ən yaxşı səviyyədə olacaq. Buna görə də əvvəllər cəsarət etmədiyiniz şeyi təhlükəsiz şəkildə edə bilərsiniz. Həm də gün evlilik və ümumiyyətlə sevgi münasibətləri qurmaq üçün uğurlu olacaq.

Oxatan
Bu gün partnyorunuza çox diqqətlə baxmalısınız. Yəqin ki, sizi çox da xoşbəxt etməyəcək bir şey görəcəksiniz. Ola bilsin ki, o, sizin təsəvvür etdiyiniz adam deyil.

Oğlaq
Siz işgüzar əlaqələrinizi qaydasına salmalısınız. Nüfuzlu insanlarla - iş adamları, siyasətçilərlə ünsiyyət qurun. Bu yolla siz uğurlu gələcəyiniz üçün zəmin yarada bilərsiniz.

Dolça
Sevdiyiniz şəxslə münasibətdə münaqişələr yarana bilər. Bununla belə, kin saxlamamalısınız. Yaxşı olar ki, hər şeyi müzakirə edin və bütün problemlərin həllini tapın.

Balıq
Tənbəl deyilsinizsə, bu gün sizin üçün əlverişli olacaq. Ümumiyyətlə, istəsəniz çox şey edə bilərsiniz. /Unian.net/

Teymur MƏMMƏDOV