Özünüzə heç nəyi qadağan etməyin - 26 dekabr üçün ULDUZ FALI
    • 26-12-2022, 10:39
    • 444

Özünüzə heç nəyi qadağan etməyin - 26 dekabr üçün ULDUZ FALI

Astroloqlar 26 dekabrda bürcləri nələrin gözlədiyini açıqlayıblar. 

News24.az astroloji proqnozu təqdim edir:

Qoç
Sizin üçün gün qeyri-müəyyən olacaq. Bir tərəfdən, bu, sizin üçün pis heç nə vəd etmir. Lakin digər tərəfdən, işdə rəhbərliklə kiçik anlaşılmazlıq mümkündür. Hər şeyin necə bitəcəyi sizə bağlıdır.

Buğa
Bu gün özünüzü ifadə etmək üçün bütün mümkün yollardan istifadə edəcəksiniz. Bununla belə, başqalarına yuxarıdan aşağı baxmamalısınız. Əks halda düşmən qazanma riski ilə üzləşə bilərsiniz. 

Əkizlər
Alış-verişə getmək istəyiniz olacaq. Özünüzə heç nəyi qadağan etməyin. 

Xərçəng
Bu gün arzular edə və özünüzə yeni hədəflər qoya bilərsiniz. Ancaq unutmayın ki, boş oturmaq olmaz. İstədiyinizə nail olmaz üçün nə isə etməlisiniz.

Şir
Bu gün başqalarının fikrinə güvənməməli və onların sözlərini dəyərləndirməlisiniz. Hisslərinizə qulaq asın və ürəyinizin sizə dediyini edin.

Qız bürcü
Dərhal fikir bildirə bilməyəcəyiniz bir vəziyyət yarana bilər. Özünüzü aldatmamaq üçün buna müxtəlif rakurslardan baxın.

Tərəzilər
Həmkarlarınızla mübahisə edə bilərsiniz, çünki kimsə sizə nə etməli olduğunuzu israrla söyləyəcək. Əlbəttə ki, bu cür iddialılıq sizin xoşunuza gəlmir, buna görə də mübarizə apara bilərsiniz.

Əqrəb
Əqrəblər işə ayıq başla gedəöcəklər. Bu gün yaxşı maliyyə mükafatı alacağınız ehtimalı yüksəkdir.

Oxatan
Bu gün hadisələr içində boğulmamaq üçün nələrsə etməlisiniz. Bunun üçün də rahatlamaq olmaz. Hər vəziyyətə hazır olmalısınız. 

Oğlaq
Qəlbini gözəl bir hissə - sevgiyə açmalısınız. Yalnız bu şəkildə həyatın əsl mənasını tapacaq və gələcək üçün möhkəm təməl qoya biləcəksiniz.

Dolça
Bu gün ətrafınızda bədxahlar insanlar daha aktiv olacaq.  Axşama qədər əhvalınızı korlamaq istəmirsinizsə, onlara əhəmiyyət verməyin.

Balıqlar
Astroloqlar sizə yaradıcılıqla məşğul olmağı məsləhət görürlər. Bu şəkildə ilham ala bilərsiniz. Uşaqlarla ünsiyyətdən qaçmayın, axşamı onlarla keçirin. /Unian.net/

Teymur Məmmədov