Mənzildə meyiti tapılan 4 nəfərin ilkin ölüm səbəbi MƏLUM OLDU
    • 6-01-2023, 13:02
    • 4 184

Mənzildə meyiti tapılan 4 nəfərin ilkin ölüm səbəbi MƏLUM OLDU

Ötən gün Bakının Nərimanov rayonunda mənzildə meyiti tapılan 4 nəfərin ilkin ölüm səbəbi məlum olub.

News24.az xəbər verir ki, ilkin ekspertiza rəyinə əsasən, onlar dəm qazından boğularaq ölüb. Hadisə baş verən müddətdə evə gediş-gəliş olmadığı üçün onları xilas etmək mümkün olmayıb.

1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu, 1991-ci il təvəllüdlü Səfərli Pərviz Adıgözəl oğlu və 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğlunun meyitləri ailələrinə təhvil veriləcək.

Hələlik kimliyi bilinməyən şəxsin meyiti isə morqda saxlanılır, onun yaxınları axtarılır.

Qeyd edək ki, ölənlərən biri Kamran Allahverdiyev 10-cu sinif şagirdi olub. Kamran Allahverdiyev və dostu 1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu bayram günündən itkin düşüb və axtarışda olublar.