-
- 6-01-2023, 17:33
- 360
Kürdəmirdə ər arvadını qətlə yetirdi
Kürdəmirdə törədilən qətllə bağlı bəzi detallar məlum olub.
News24.az xəbər verir ki, bu gün gündüz saatlarında rayonun Şıxımlı kənd sakini, 1987-ci il təvəllüdlü Pərviz Qurbanov həyat yoldaşı, 1994-cü il təvəllüdlü Könül Qurbanovanı kəsici-deşici alətlə qətlə yetirib. Meyit götürülərək aidiyyəti üzrə təhvil verilib. Hadisə törədən P. Qurbanov könüllü olaraq polisə təslim olub. Kənd sakinlərinin məlumatına görə, cütlük 6 il evli olub, 3 uşaqları var. Hazırda orta məktəbin 2, 4 və 5-ci siniflərində oxuyan, iki qız və bir oğlan hadisə baş verən vaxt dərsdə olublar.
Ərinin Könül Qurbanovanı boğaz nahiyəsindən bıçaqla vuraraq öldürdüyü deyilir. Qətlə yetirilən Könül Qurbanovanın əmisi İnqilab Mövlayevin dediyinə görə, Pərviz Qurbanov içki düşkünü olub. Evliliyin ilk aylarından ailədə söz-söhbət yaranıb. Bir neçə dəfə Könül Qurbanova ərindən ayrılmaq məqsədi ilə ata evinə köçüb. Valideynlərin müdaxiləsindən sonra tərəflər arasında barışıq olub. Hətta bir neçə il qabaq Pərviz Qurbanov içkini atmaq üçün dispanser müalicəsində olub. Ərlə arvad tez-tez mübahisə etdiyindən boşanma qərarına gəliblər. Ailədə vəziyyət günü-gündən pisləşib və sonda məlum hadisə baş verib. Faktla bağlı araşdırma aparılır./apa.az/