Şəkidə mikroavtobusla TIR toqquşdu
    • 6-01-2023, 17:53
    • 191

Şəkidə mikroavtobusla TIR toqquşdu

Şəkidə mikroavtobus TIR-la toqquşub, xəsarət alan var.

News24.az xəbər verir ki, hadisə şəhərin "Daş Qaya" adlanan ərazisində baş verib.
Belə ki, Şəkidən Suçma kəndi istiqamətində hərəkət edən "Ford" markalı mikroavtobus TIR markalı yük avtomobili ilə toqquşub.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən biri - 67 yaşlı Minayə Əlixanova xəsarət alıb.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Şəkidə eyni ərazidə dörd gün ərzində ikinci dəfədir mikroavtobus qəzası baş verib./report.az/