Bakı həndbol üzrə turnirə ev sahibliyi edəcək
    • 7-01-2023, 00:47
    • 146

Bakı həndbol üzrə turnirə ev sahibliyi edəcək

Kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə Bakı ev sahibliyi edəcək.

Azərbaycan Həndbol Federasiyasından News24.az-a bildiriblər ki, təsnifat turnirində millimiz ilə yanaşı, Böyük Britaniya, Kipr və Malta yığmaları da mübarizə aparacaqlar.

Millimiz ilk oyununu yanvarın 13-də Malta seçməsinə qarşı keçirəcək. Həndbolçularımız ertəsi gün Böyük Britaniya, ayın 15-də isə Kipr yığmaları ilə güclərini sınayacaqlar.