Türkiyə millisi iki oyununu Bakıda keçirəcək PÜŞK ATILDI
    • 30-11-2019, 23:06
    • 1 464

Türkiyə millisi iki oyununu Bakıda keçirəcək PÜŞK ATILDI

Rumıniyanın paytaxtı Buxarestdə 2020-ci il Avropa çempionatının püşkatma mərasimi başlayıb.
News24.az xəbər verir ki, püşk nəticəsində AVRO-2020-nin qruplarının tərkibi müəyyənləşib.  A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə yanaşı, Bakı şəhəri də ev sahibliyi edəcək.
iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək.
İyulun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.
Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
Qeyd edək ki, AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.