Bayden prezidentliyə ikinci müddətə namizədliyini açıqlayacaq
    • 7-01-2023, 20:45
    • 247

Bayden prezidentliyə ikinci müddətə namizədliyini açıqlayacaq

ABŞ Prezidenti Cozef Bayden yaxın həftələrdə 2024-cü ildə yenidən seçilmək üçün yekun qərarını verdiyini elan etməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.

"Çox güman ki, prezident bunu fevralda açıqlayacaq", - nəşrdə qeyd olunur.

Eyni zamanda, prezidentin müşavirləri artıq Baydenin gələcək seçki kampaniyası ilə bağlı rəqəmsal materialların hazırlanması ilə bağlı görüşlər keçirirlər.

Qeyd edək ki, Bayden 2020-ci ildə ilk dəfə ABŞ prezidentİ seçilib.