PKK tərəfdarları Türkiyə səfirliyinə “Molotov kokteyli” atıb
    • 7-01-2023, 21:34
    • 241

PKK tərəfdarları Türkiyə səfirliyinə “Molotov kokteyli” atıb

Naməlum şəxslər Fransanın Marsel şəhərindəki Türkiyənin səfirliyinə hücum edib və “Molotov kokteyli” atıblar. Hadisə yanvarın 5-dən 6-na keçən gecə baş verib.

News24.az xəbər verir ki, şəhərin 8-ci məhəlləsində dörd nəfər Türkiyə səfirliyinə “Molotov kokteyli” atdıqdan sonra hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan ikisini saxlamağa müvəffəq olub: biri hadisə yerində, ikincisi isə Kastellan meydanında.

Daha iki nəfər polisdən qaça bilib, hazırda onları axtarışdadır.

Saxlanılanların PKK terror təşkilatının tərəfdarları olduğu məlum olub. Onlar nəzarətə götürülüb, cinayət işi açılıb.