Qara geyimli adamlar şəhərdə 80 maşını yandırdılar
    • 14-08-2018, 11:24
    • 1 194

Qara geyimli adamlar şəhərdə 80 maşını yandırdılar

İsveçin 2-ci böyük şəhəri olan Qöteborqda qara geyimli şəxslər molotov kokteyli ilə hücum edərək maşınları yandırıb.

 3-4 şəxsin hücumu nəticəsində 80 avtomobil yandırılıb. Hadisə 5 ayrı ərazidə törədilib və maşınlar istifadəyə yararsız hala gəlib. Hücumun qruplaşma üzvləri tərəfindən törədildiyi təxmin edilir, lakin səbəb qeyri-müəyyəndir.