13 futbolçu suyla dolan mağarada köməksiz qaldı
    • 25-06-2018, 17:40
    • 1 189

13 futbolçu suyla dolan mağarada köməksiz qaldı

Taylandın şimalında su basan mağarada köməksiz qaldıqları bilinən 12 gənç futbolçu və məşqçilərinə yardım etməyə çalışırlar.

Polis səlahiyyətli Chote Narin dediyi açıqlamasında iki gün öncə Chiang Rai şəhərində Tham Luang Nang Non mağarasına gedən, 11 və 15 yaşarası 12 gənc futbolçu və məşqçilərindən xəbər almadığını söyləyib.

Futbol komandasının üzvlərinə aid olduğu düşünülən velosipet və bel çantası mağaranın çöl tərəfində olduğunu deyən Chote, mağaranı su basmasıyla 13 gəncin köməksiz qaldığını vurğulayıb.

Mağara tamamilə su və palçıqla dolduğu üçün axtarışlarda ləngitmələr yaratsa da, heyyət öz işini davam etdirir.

Qeyd edək ki, sözügedən mağara hər il yağış mövsümündə su basqınlarına məruz qalır.



//News24.az