İranda daha 3 nəfər edam edildi
    • 9-01-2023, 16:23
    • 210

İranda daha 3 nəfər edam edildi

İranda daha 3 nümayişçi edam edilib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, onlar mühafizəçiləri öldürməkdə ittiham edilirlər. 

6 nəfərin mühakimə olunduğu işdə məhkəmə Salih Mir Haşimi Baltaki, Məcid Kazimi Şeyx Şabani və Səid Yakubi Kürdseflini edam cəzasına məhkum edib. Əmir Nasır Azadaniyə 26 il, Süheyl Cihangiri isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni iş üzrə mühakimə olunan Cabir Mir Haşimi isə bəraət alıb.

Qumral Əliyeva