Ukrayna Rusiyanın iddiasını təkzib etdi: “600 yox, cəmi 1 nəfər ölüb”
    • 10-01-2023, 11:30
    • 368

Ukrayna Rusiyanın iddiasını təkzib etdi: “600 yox, cəmi 1 nəfər ölüb”

Rusiyanın Ukraynanın Kramatorsk şəhərinə raket hücumu nəticəsində 600-dən çox Ukrayna əsgərinin həlak olması ilə bağlı açıqlaması Ukrayna tərəfindən təkzib edilib.

News24.az xəbər verir ki, Kramatorsk Bələdiyyə Başçısı Aleksandr Honçarenko Rusiyanın məktəbləri hədəf aldığını, lakin itkinin olmadığını bildirib.

“Raket hücumlarında 2 məktəb, 8 mənzil və 1 avtodayanacaq zərər görüb”, - deyə o bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Şərqi Qüvvələr Qrupunun sözçüsü Sergey Çerevatı da məlumatın doğru olmadığını vurğulayıb. O qeyd edib ki, hücumlar zamanı Xarkovda bir nəfər həyatını itirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov hücum nəticəsində 600 Ukrayna əsgərinin həlak olduğunu iddia edib. Konaşenkov qeyd edib edib ki, bu hücum Ukrayna ordusunun yeni ilin ilk günündə 89 rus əsgərinin həlak olduğu Makivka şəhərinə raket hücumuna cavab olaraq həyata keçirilib.