-
- 10-01-2023, 11:30
- 185
2021-ci ildə hər 4 saniyədə bir uşaq vəfat edib - 1,9 milyon körpə ölü doğulub
2021-ci ildə hər 4,4 saniyədə bir uşaq və ya yeniyetmə ölüb.
News24.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Ölümünün Təxminləri üzrə Qurumlararası Qrupunun son hesabatında qeyd edilib.
Bildirilib ki, bununla bağlı tədbir görülməsə, 2030-cu ilə qədər 59 milyon uşaq və gənc ölə bilər.
Rəqəmlərə əsasən 2021-ci ildə 5 milyon uşaq 5 yaşına çatmamış, 2,1 milyon uşaq və ya gənc isə 5-24 yaş arasında dünyasını dəyişib.
BMT-nin digər hesabatına görə, eyni dövrdə 1,9 milyon körpə ölü doğulub. Bu rəqəm 2030-cu ilə 16 milyona çata bilər.
Teymur MƏMMƏDOV