Azərbaycanlı futbolçunun atası həbsdə öldü - Anasını öldürmüşdü
    • 10-01-2023, 15:10
    • 520

Azərbaycanlı futbolçunun atası həbsdə öldü - Anasını öldürmüşdü

Bakıda məhkum həbsdə ölüb.

News24.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Məhkum Zahid Balabəy oğlu Novruzov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Xatırladaq ki, mərhum 2019-cu ildə həyat yoldaşı Təranə Novruzovanı başından güllələyərək öldürüb. Daha sonra isə intihar məqsədilə özünü vurub. Təcili xəstəxanaya yerləşdirilən Z.Novruzovun həyatı xilas edilib.

Qeyd edək ki, Z.Novruzov tanınmış futbolçu Nurlan Novruzovun atasıdır. Nurlan Novruzov hazırda Nepal çempionatında mübarizə aparan “Maçxindira” klubunda çıxış edir. O, 2021-ci ilə bu komanda ilə müqavilə imzalayıb. 29 yaşlı hücumçu Azərbaycanda “Bakı”, “Sumqayıt”, “Zirə”, “Səbail” kimi klublarda çıxış edib. Novruzov 2010-2016-cı illər aralığında müxtəlif yaşlılardan ibarət Azərbaycan milli komandalarında çıxış edib. O, Robert Prosineçkinin baş məşqçiliyi dönəmində əsas yığma komandamıza da dəvət alıb.

Z. Novruzov məhkəmənin qərarı ilə 17 il müddətinə azadlıqdan məhrum edilmişdi./lent.az/