Taksi sürücüsü rusiyalı qadın turistə ŞOK YAŞATDI
    • 11-01-2023, 11:17
    • 188

Taksi sürücüsü rusiyalı qadın turistə ŞOK YAŞATDI

Taksi sürücüsü rus turistə şok yaşadıb. 

News24.az xəbər verir ki, hadisə İstanbulda baş verib. 

Rusiyadan təyyarə ilə İstanbula gələn və hava limana proqramla taksi sifariş edən iki turist qadın qalacaqları otelə yollanıblar. 

Maşından enərək otelə daxil olan turist qadınlardan biri telefonunu taksidə unutduğunu anlayıb. Otel işçilərinin kömək etdiyi qadın taksi sürücüsü ilə əlaqə saxlayıb. Bu zaman sürücü telefonu geri gətirmək üçün ondan 100 dollar istəyib.

İnanılmaz təklifdən sonra otel rəsmiləri şəhər bələdiyyəsinə və Taksi sürücüləri Palatasına müraciət ediblər.  Sürücünün yoxa çıxdığını iddia edilir. 

Rusiyalı turist 2 gündür, sürücü ilə əlaqə saxlaya bilmədiklərini bildirib. /Haber Global/

Teymur MƏMMƏDOV