Abşeronda yeddimərtəbəli binadakı yanğında bir nəfər zəhərlənib
    • 11-01-2023, 17:12
    • 134

Abşeronda yeddimərtəbəli binadakı yanğında bir nəfər zəhərlənib

Abşeron rayonu, Məmmədli kəndində yeddimərtəbəli binada baş verən yanğında 830 m² sahəyə ziyan dəyib, bir nəfər zəhərlənib.

News24.az verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğın nəticəsində binanın birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 750m² olan təsərrüfat malları saxlanılan anbarın yanar konstruksiyaları 230m² sahədə, ümumi sahəsi 830m² olan ondulindən ibarət dam örtüyü və taxta atmaları 600m² sahədə yanıb, yanğının mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib. Anbarın və dam örtüyünün qalan hissəsi, eləcə də mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar araşdırma aparılır.