Bakıda yanğın - sakinlər təxliyə edildi
    • 8-10-2018, 11:02
    • 2 132

Bakıda yanğın - sakinlər təxliyə edildi

Bakıda baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib.

FHN-dən verilən məlumata görə, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 21 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, üçü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.