Xətai rayonunda yaşayış binasında baş verən yanğında bir nəfər zəhərlənib
    • 27-02-2019, 10:42
    • 918

Xətai rayonunda yaşayış binasında baş verən yanğında bir nəfər zəhərlənib

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca kommunikasiya xətləri 15 p.m yanıb, yüksək temperaturdan 4-cü mərtəbəsinin dəhlizinin lambirindən ibarət tavanı 40 m² sahədə əriyib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, 15 nəfər (o cümlədən 3 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Kommunikasiya xətlərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.