ÜST rəhbəri Çini COVID-19 ölümlərini gizlətməkdə ittiham edib
    • 12-01-2023, 01:48
    • 201

ÜST rəhbəri Çini COVID-19 ölümlərini gizlətməkdə ittiham edib

Çinin rəqəmləri gizləməsi səbəbindən dünyada koronavirusdan ölüm göstəriciləri aşağı düşüb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib. O, qeyd edib ki, ötən həftə ÜST 11,500-ə yaxın insanın koronavirusdan ölməsi barədə xəbər verib. Bunun da 40 faizi Amerika qitəsində, 30 faizi Avropada və 30 faizi Sakit okeanın qərbində olub.

"Çində COVID-19 ilə bağlı ölümlərin az bildirilməsini nəzərə alsaq, bu rəqəm, şübhəsiz ki, az qiymətləndirilib", Qebreyesus deyib. O, həmçinin bütün ölkələri pandemiya ilə birlikdə mübarizə aparmaq üçün statistikanı paylaşmağa çağırıb.

Öz növbəsində, ÜST-nin fövqəladə hallar proqramının rəhbəri Mayk Rayan qeyd edib ki, Çindən ötürülən COVID-19-dan ölüm halları “real rəqəmlərdən uzaqdır./AzVision.az/