ÜST ciddi XƏBƏRDARLIQ ETDİ
    • 11-05-2020, 20:11
    • 724

ÜST ciddi XƏBƏRDARLIQ ETDİ

Dünyada "COVID-19"-a yoluxanların sayı 4 milyon nəfəri ötüb.

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib. ÜST rəhbəri xatırladıb ki, bir çox ölkələr artıq "COVID-19"-la mübarizə üçün tətbiq edilmiş məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb.

Onun fikrincə, belə hərəkətlər hər ayrı ölkədə pandemiya ilə bağlı vəziyyətin inkişafı nəzərə alınaraq tədricən olmalıdır.