-
- 21-01-2019, 18:40
- 1 160
Ötən ilin 11 ayı ərzində Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb
Ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 127681 doğulan körpə qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Bu göstərici əhalinin hər 1000 nəfərinə 14,2 təşkil edib. Körpələrin 53,4faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən əkizlərin sayı 2462, üçəmlərin sayı isə 108 olub.
Ötən ilin 11 ayı ərzində ölkədə 52 733 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8təşkil edib.
Qeydiyyat şöbələri tərəfindən 2018-ci ilin yanvar-noyabr aylarında 56888 nikah və 13655 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.
Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən ötən ilin yanvar-noyabr ayları ərzində daimi yaşamaq üçün Azərbaycana 3103 nəfər gələn, Azərbaycandan isə 1558 nəfər gedən qeydə alınmış, ölkə üzrə miqrasiya saldosu müsbət 1545 nəfər təşkil edib.
//Report