İsveç səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
    • 12-01-2023, 22:41
    • 254

İsveç səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Yanvarın 11-də Stokholmda PKK/PYD/YPG tərəfdarları tərəfindən Türkiyə Prezidenti və ölkəni hədəf alan terror təbliğatı ilə bağlı İsveçin Ankaradakı səfiri Staffan Herrstrom Xarici İşlər Nazirliyinə çağırılıb.

News24.az xəbər verir ki, bu barədə APA-nın İstanbul müxbirinə diplomatik mənbələrdən bildirilib.

Qeyd olunub ki, İsveç səfirinə bu cür addımaların yolverilməz olduğu və qarşısının alınması tələb edildi.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun hadisəni sərt şəkildə pisləyərək İsveçi terrorla mübarizəyə sadiq olmağa çağırıb.