-
- 13-01-2023, 07:49
- 243
Ukraynalı qaçqın ailəsini vətənlərinə qayıtması üçün döydülər
Polşanın Lyublin şəhərində ukraynalı qaçqın ailə döyülüb.
News24.az xəbər verir ki, Ukraynadan olan Oksana adlı qadın hamilə qızı və 13 yaşlı oğlu ilə avtobus dayanacağında dayanan zaman onlara iki kişi yaxınlaşıb və siqaret istəyib. Ailə üzvləri siqaretdən istifadə etmədiklərini bildirdirən zaman isə qarşı tərəf aqressivləşib.
Polyaklar ailəni söyməyə və ukraynalıların vətənlərinə qayıtmasını tələb ediblər.
Oksananın oğlu polisə zəng etmək istəyən zaman isə kişilər hücum edərək onu döyməyə başlayıblar.
13 yaşlı uşağı müdafiə etməyə çalışan ailə üzvləri də döyülüblər.
Hadisə şahidləri baş verənlərə heç bir reaksiya verməyib. Nəticədə bütün ailənin bütün üzvləri xəstəxanaya yerləşdirilib. Məlum olub ki, oğlan barmağını sındırıb.
Yerli polis qaçqınlara hücum edən şəxsləri saxlamağa müvəffəq olub. Hadisəni törədənlər 25 və 30 yaşlı Lyublin sakinləri olub.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ailənin döyülməsi faktını araşdırır. //Dziennik Wschodni
Teymur MƏMMƏDOV