-
- 7-09-2022, 10:54
- 297
Masallıda DƏHŞƏT: Ana və övladı yanaraq öldü
Masallının Hüseynhacılı kəndində evdə baş verən yanğının təfərrüatları məlum olub.
News24.az "Report"-a istinadən xəbər verir ki, hadisə kənd sakini 1951-ci il təvəllüdlü Alim İbad oğlu Kəlbiyevə məxsus ikimərtəbəli, ümumi sahəsi 300 kvadratmetr olan yaşayış evində qeydə alınıb. Hadisə zamanı 38 yaşlı Gülnaz Kəlbiyeva, 11 yaşlı oğlu Elbrus Kəlbizadə və 10 yaşlı oğlu Elviz Kəlbizadə yanaraq ölüb.
Yanğın zamanı daha iki nəfərin yanıq xəsarətləri aldığı bildirilir. Bunlar Nərminə Kərim qızı Kəlbiyeva (1959-cu il təvəllüdlü) və Rusiya vətəndaşı, ailəyə qonaq gəlmiş 1991-ci il təvəllüdlü İsmayıl Süleyman oğlu Abbasovdur. İ.Abbasov ikinci mərtəbədən aşağı tullandığından müxtəlif travmalar alıb
Hadisə ailə üzvləri yatan zaman baş verib. İlkin məlumata görə, kənddə işıqlar söndüyündən onlar şam yandırıblar. Ailə yatan zaman şam nəzarətsiz qalıb və ev alışıb.