Cəlilabadda qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb
    • 15-01-2023, 15:09
    • 248

Cəlilabadda qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son bir həftə ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.