Erkən pensiyaya çıxmağın fəsadları
    • 16-01-2023, 09:28
    • 720

Erkən pensiyaya çıxmağın fəsadları

Binghamton Universitetinin tədqiqatçıları erkən təqaüdə çıxmağın müsbət və mənfi tərəfləri ilə bağlı araşdırma aparıblar.

News24.az xəbər verir ki, tədqiqatçılar pensiya yaşının xeyli xoş məqamlarının olduğunu açıqlayıblar. 

Həmin yaşda istirahət üçün boş vaxt çox olur. Maddi imkanın yaxşı olacağı halda isə səyahət də etmək mümkündür. Heç yerə tələsməyə ehtiyac yoxdur. İnsan sakitləşir, həyata baxış dəyişir. 

Alimlərin sözlərinə görə, erkən təqaüdə çıxmaq koqnitiv tənəzzüllə gətirib çıxara bilər. Yaddaş və zehni stress zəifləyir, qayğılar və məsuliyyət azalır. 

Eyni zamanda orqanlar "paslanır" və funksionallığını itirir.

Alimlərin fikrincə, erkən yaşda təqaüdə çıxanlarda bütün bunların baş verməməsi üçün həyata maraq itməməli, hər yaşda təhsilə önəm verməli və yeni şeylər öyrənməyə can atmalıdır.

Həmçinin yüngün idman növləri məşğul olmaq da vacibdir. //Planet Today

Teymur MƏMMƏDOV