Bakıda 14, Şəkidə 17 yaşlı məktəbli itkin düşdü
    • 16-01-2023, 09:17
    • 245

Bakıda 14, Şəkidə 17 yaşlı məktəbli itkin düşdü

Bakıda və Şəkidə məktəblilər itkin düşüb.

News24.az xəbər verir ki, Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulin yanvarın 13-də evdən oyun zalına getmək adı ilə çıxıb və geri qayıtmayıb.

Bundan başqa Şəkidə 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyev yanvarın 14-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.