Bakıda 2 qadın azyaşlı uşaqları ilə birgə itkin düşdü
    • 28-07-2022, 11:34
    • 364

Bakıda 2 qadın azyaşlı uşaqları ilə birgə itkin düşdü

Bakıda ana və 3 yaşlı oğlu itkin düşüb.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Abşeron rayon sakini, 1996-cı il təvəllüdlü Sədaqət Rəhimova iyulun 25-də axşam saatlarında 3 yaşlı oğlu ilə birgə atasına məxsus olan və Binəqədi rayonu 6-cı mikrorayon M.Kazımovski küçəsində yerləşən evdən çıxıb. Daha sonra onlardan məlumat almaq mümkün olmayıb.

Oxşar hadisə Xətai rayonunda da qeydə alınıb. İyulun 24-də Əliağa Şıxlinski küçəsində yaşayan 1990-cı təvəllüdlü Vüsalə Zeynalova 2015-ci il təvəllüdlü qızı ilə birgə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.