Kral ailəsinin gəlinləri arasında gərginlik:
    • 16-01-2023, 11:27
    • 197

Kral ailəsinin gəlinləri arasında gərginlik: "Hələ kraliça belə deyil"

İngiltərə kral ailəsinin mübahisəli gəlinləri Keyt Middlton və Meqan Markl arasında gərginlik yaşanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, gərginliyə səbəb türk əsilli modelyer Erdem Moralıoğlu olduğu iddia edilib. 

Şahzadə Harri ilə evlənmədən əvvəl aktrisalıq karyerası boyunca Kanada əsilli Erdem Moralıoğlunun geyimlərinə tez-tez üstünlük verən Meqan, kral ailəsinə girdikdən sonra üstünlüyün Keyt Middletona verilməsinə qəzəblənib.

Meqan Markl özünün məşhur dizaynerinin illərdir müştərisi olduğu halda gözləmə siyahısında Keyt Middltonun ondan ön sırada olmasına əsəbləşib. 

Meqanın bu hadisəyə "Keyt hələ kraliça belə deyil" deyərək reaksiya verdiyi iddia edilib.

Teymur MƏMMƏDOV