Azərbaycanda məktəbin qarşısında dəhşətli hadisə - Şagird öldü - FOTO
    • 16-01-2023, 11:53
    • 13 981

Azərbaycanda məktəbin qarşısında dəhşətli hadisə - Şagird öldü - FOTO

Qubada yük maşınınn vurduğu və koma vəziyyətində xəstəxanaya çatdırılan 11 yaşlı məktəbli vəfat edib.

News24.az xəbər verir ki, hadisə dekabrın 21-də Alekseyevka kəndində baş verib. “Qazel” markalı yük maşınının vurduğu 11 yaşlı Ramin ağır vəziyyətdə Quba Müalicə Diaqnostika Mərkəzinə gətirilib.

Əməliyyatdan sonra o, koma vəziyyətinə düşüb. Bundan sonra Ramini komadan çıxarmaq üçün bir neçə dəfə beyin əməliyyatı keçirilsə də, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Qəzadan 23 gün sonra o, xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, yol qəzası məktəbin qarşısındakı küçədə baş verib. Məktəblinin fotosunu təqdim edirik:

Taleh BAĞIROV