Bakıda dəhşətli hadisə - Süpürgəçi qadın öldü
    • 25-07-2022, 12:41
    • 479

Bakıda dəhşətli hadisə - Süpürgəçi qadın öldü

Bakıda süpürgəçinin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

News24.az-ın məlumatına görə, hadisə Səbail rayonu Salyan şosesi 2 ünvanının qarşısında – Dövlət Bayrağı Meydanının önündə baş verib.

1972-ci il təvəllüdlü Mehman Babayev idarə etdiyi “Mercedes 190” markalı avtomobillə süpürgəçi qadını vurub. Ağır xəsarət alan 1981-ci il təvəllüdlü Pərvanə Ağayeva xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq 41 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb və o, Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.