Şahzadə Harrinin ailəsi ilə davası sosiskaya görədir - Sirrlər açıldı
    • 16-01-2023, 15:51
    • 297

Şahzadə Harrinin ailəsi ilə davası sosiskaya görədir - Sirrlər açıldı

Şahzadə Harri ailəsindən inciyib, çünki ona uşaqlıqda ona qardaşı Uilyamdan daha az sosiska verilib.

News24.az
xəbər verir ki, bu sözləri  kral ailəsinin xidmətçisi Pol Burrel deyib. 

"İndi geriyə baxanda düşünürəm ki, bəlkə də hazırki prosesin başlanğıcına şahid olmuşam. Bir dəfə gördüm ki, dayə səhər yeməyi üçün Uilyama üç, Harriyə isə iki sosiska verdi" - deyə P.Burrel bildirib. 

Dayə təəccüblənən balaca Harriyə bu haqsızlığı belə izah edib: "Uilyam səndən çox yeməlidir. Bir gün o, kral olacaq".

Burrellin sözlərinə görə, Harri həmin vaxt susub və baş verənlərə boyun əyib. Lakin ona qarşı bu münasibət ailədə mütəmadi olaraq göstərilib. O əlavə edib ki, uşaqlıqda qardaşlar mehriban görünürdülər, lakin məlum olub ki, Harri uzun illər qardaşına qarşı kin saxlayıb. //The Sun

Teymur MƏMMƏDOV